Kompleksimizin Qızıl Aypara Cəmiyyəti ilə birgə “Əl-ələ evdən evə” kampaniyası keçirildi.
Deyiblər: Yardımlar çiçək kimidir, nə qədər təzə olsa, bir o qədər xoş gələr. Biz də yetişdirdiymiz yeni nəslə yardımlaşmanın yaratdığı gözəllikləri göstərməyə çalışır, onları yeni-yeni gözəlliklər yaratmağa sövq edirik. Öyrədirik ki, insanlar bir – birlərinə yardım etməkdən əl çəkdikləri gün insanlıq yox olar. Və inanırıq ki, bu ruhda böyüyən gənclərə gələcəyimizi könül rahatlığı ilə etibar edə bilərik, çünki, yardımlaşma və həmrəylik cəmiyyətin tərəqqisi üçün ən gözəl vasitədir.


Kateqoriya: Dərnəklər