1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli tədbirlə qeyd olunub.Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov uşaqları təbrik edərək bu günün önəmini vurğulayıb. Daha sonra bayram tədbiri “Dünyamızın uşaqları əl-ələ sülhə doğru” şüarı altında şagirdlərin hazırladıqları maraqlı bədii proqramla davam etdirilib. Tədbirdən sonra İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kompleksin icraçı direktoru Aqşin Bağırov və digər qonaqlar şagirdlərlə söhbət edərək onların sevinclərinə şərik olublar.
Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Tədbirlər