6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyi tərəfindən keçirilən 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisində əməkdaşımız Xalid Çəndirli və elektron sinfimizin şagirdi Kazımlı Nicat iştirak etmişdir. Belə ki, onlar “Microbit” və “Piper kit” qurğularının kompleksimizdə istifadəsi ilə bağlı təcrübələrini nümayiş etdirmiş, bu qurğuların imkanlarını göstərmişlər. Şagirdimiz təhsil naziri Mikayıl Cabbarovun nümayiş olunan vasitələri dərsdə necə işlətdikləri barədə suallarına cavab vermişdir.


Kateqoriya: Kompleksdə Həyat , Layihələr