Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümüdür. Kompleksimizin adını şərəflə daşıdığı Milli Qəhrəmanımız həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda qəhrəmanlıq, şücaət rəmzinə çevirilmişdir. Qəhrəmanımız qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub getmişdir.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və Milli Qəhrəmanımızın ruhu qarşısında baş əyirik.




Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat