Biləsuvar Təhsil Kompleksinin şagirdləri 30 aprel, 7 may tarixlərində keçirilmiş ali məktəblərə qəbul imtahanlarında MÖHTƏŞƏM nəticə əldə etmişdirlər. Belə ki, imtahanlarda Kompleksimiz 615 bal kimi yüksək ümumi orta göstərici əldə etmişdir. Məlumat üçün bildirək ki, müəssisəmiz ötən il 607 bal orta göstərici ilə Respublika birincisi olmuşdur. İmtahanda iştirak etmiş bütün şagirdlərimizi əldə etdikləri gözəl nəticələrə görə təbrik edir, növbəti imtahanda daha yüksək uğurlar əldə etmələrini arzu edirik. Şagirdlərimizin yetişməsində əvəzsiz xidmətləri olmuş müəllimlərimizə minnətdarlığımızı bildiririk!

 


Kateqoriya: Ali məktəblərə qəbul , Nailiyyətlərimiz