ÜÇÜNCÜ DƏFƏDİR RESPUBLİKA BİRİNCİSİYİK!

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdlərinin Dövlət İmtahan Mərkəzinin (TQDK) keçirdiyi qəbul imtahanlarında topladığı ümumi orta bal 636 olmuşdur. Bu nəticə əldə etməklə məzunlarımız məktəbimizin 2014/2015-ci tədris ilində əldə etdiyi rekord nəticəni yeniləmişdirlər.
Qeyd olunan uğur respublikamızda bu günə qədər əldə olunmuş ən yüksək göstəricidir.
Məlumat üçün bildirək ki, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin məzunlarının ali məktəblərə qəbul üzrə ümumi orta balı 2014/2015-ci tədris ili imtahanlarında 623, 2015/2016-cı tədris ilində isə 607 olmuşdur.
Bu möhtəşəm uğura görə ilk öncə Kompleksimizin zəhmətkeş müəllimlərinə dərin təşəkkürümüzü bildiririk. Bütün şagirdlərimizi, müəllimlərimizi və bütün müəssisə əməkdaşlarını təbrik edirik.

 

Kateqoriya: Ali məktəblərə qəbul , Nailiyyətlərimiz