Bu gün 20 Yanvar – Ümumxalq Hüzn Günüdür.

20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq.

Bütün şəhidlərimizi dərin ehtiram hissi ilə anırıq, Allahdan onlara rəhmət diləyirik.

 


Kateqoriya: boş , Xəbərlər , Kompleksdə Həyat