Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi
2017/2018-ci tədris ili üçün 1-ci, 5-ci, 6-cı və 7-ci siniflərə
ŞAGİRD QƏBULU ELAN EDİR!
NİYƏ BİZ?
Ona görə ki:
1. Dövlət İmtahan Mərkəzinin (TQDK) rəsmi açıqlamasına əsasən, artıq bir neçə ildir ki, Kompleksimiz ali məktəblərə qəbul göstəriciləri üzrə ÖLKƏ BİRİNCİSİDİR!
2. Dövlət İmtahan Mərkəzinin (TQDK) rəsmi açıqlamasına əsasən, Azərbaycan dili, riyaziyyat, kimya və fizika fənləri ÖLKƏ ÜZRƏ ƏN YAXŞI bizim Kompleksimizdə tədris olunur.
3. Son iki məzun buraxılışında 100% məzunlarımız ölkənin ən qabaqcıl universitetlərinə, DÖVLƏT SİFARİŞLİ əsaslarla qəbul olunmuşdurlar. Ümumi orta bal 615-dir.
4. Övladlarınızın xaricdə təhsil alması üçün geniş imkanlar yaratmaqla bərabər, onları İELTS, SAT, ALES imtahanlarına hazırlayırıq.
5. Şagirdlərimiz Respublika fənn olimpiadalarında və beynəlxalq olimpiadalarda hər zaman uğurlu nəticələr göstərirlər. Fənlərin Dostluğu Olimpiadasının SON QALİBİ də bizik!
6. Ölkənin ən parlaq pedaqoqlarından ibarət komandamız övladlarınızın keyfiyyətli təhsil uğurları üçün sonsuz sevgi ilə çalışır.
7. Sosial fəaliyyətlərimizlə övladınızın məktəb həyatını unudulmaz edirik.
8. İnfrastruktur baxımından regiondakı ən modern təhsil mərkəziyik.
9. Uzaq məsafədən gələn şagirdlərimiz üçün bütün imkanlarla təchiz edilmiş yataqxanamız var.
10. 5-40 km məsafədən gələn şagirdlərimiz üçün avtobus xidmətimiz var, beləcə siz vaxtında dərsə və evə çata biləcəksiniz.
11. Şagirdlərimiz üçün ən uyğun rasion əsasında müəyyən edilmiş keyfiyyətli və geniş çeşidli qida təminatı onlara gün ərzində sağlam və gümrah əhvali-ruhiyyə bəxş edəcəkdir.
BİR SÖZLƏ, BİZ HƏR SAHƏDƏ LİDERİK!
Sənəd qəbulu 1 mart 2017-ci il tarixindən 28 aprel 2017-ci il tarixinədək, şənbə və bazar günləri istisna olmaqla, həftə ərzində saat 8:00-dan 15:30-a qədər davam edəcək.
Müsabiqədə hazırda Biləsuvar Təhsil Kompleksinin nəzdindəki uşaq bağçasında və Respublikanın ümumtəhsil məktəblərinin 4-cü, 5-ci və 6-cı siniflərində təhsil alan şagirdlər iştirak edə bilərlər.
Tələb olunan sənədlər:
• Valideynin ərizəsi (Sənəd qəbulu komissiyasında doldurulur)
• Şagirdin doğum haqqında şəhadətnaməsinin, yaxud şəxsiyyət vəsiqəsinin surəti (əsli təqdim olunmaqla)
• İki ədəd yeni çəkilmiş 3×4 sm ölçülü fotoşəkil
Qəbul imtahanı 21 may 2017-cı il tarixində, saat 10:00-da Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində həyata keçiriləcək.
İmtahan aşağıdakı fənləri əhatə edəcək:
• Azərbaycan dili
• Riyaziyyat
• Məntiq
Kompleksdə təhsil ödənişlidir. Ödənişə övladınızın dərslərinin yüksək elmi biliyə, bacarığa və təcrübəyə malik müəllimlər tərəfindən tədrisi, onların milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi və ən son texnoloji avadanlıqlarla təchiz edilmiş sinif otaqlarında keyfiyyətli təhsil mühiti ilə təmin olunması, həmçinin:
• Kitablar və digər dərs ləvazimatları;
• Gündə 2 dəfə, səhər və günorta olmaqla keyfiyyətli qida ilə təmin edilməsi;
• Kompleksin Brend Book-una uyğun məktəbli forması;
• Əlavə təhsil (Fransız dili, kompüter bacarıqları və s.) xidmətləri;
• Dərsdənkənar məşğələ və dərnəklərdə (rəqs, şahmat, musiqi, scouting, üzgüçülük və s.) iştirakı daxildir.
Kompleksdə tədris həftənin 5 günü, saat 07:40-dan 16:00-a qədər fasiləsiz şəkildə aparılır.

Suallarınız üçün bizə müraciət edin:
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi
BİZ MÜBARİZ GƏNCLƏR YETİŞDİRİRİK! …
Ünvan: Biləsuvar rayonu, Heydər Əliyev küç., 2D.
Telefon: (+994 55) 295 24 03/13
Mobil: (+994 55) 220 10 66
E-mail: [email protected]
Web: www.bilim.edu.az
Facebook: Milli Qəhrəman M. İbrahimov adına
Biləsuvar Təhsil Kompleksi


Kateqoriya: Elanlar , Şagird qəbulu