Şagirdimiz Fənlərin Dostluğu Olimpiadasının qalibi oldu.
Bakı şəhəri 6 saylı orta məktəbdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş Fənlərin Dostluğu Olimpiadasının VII mükafatlandırma mərasimi keçirildi.
Tədbirdə 6 saylı məktəbin direktoru Gülşən Orucova çıxış edərək tədbir üçün ev sahibliyi etməkdən məmnun olduğunu bildirdi. Daha sonra Olimpiadanın ideya müəllifi Şəmil Sadiq çıxış etdi və bir neçə sualın izahını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Hədəf Kurslarının şagirdləri tərəfindən “Fənlərin dostluğu” şeiri oxunduqdan sonra mükafatlandırma mərasimi başladı.
FDO 7 qaliblərinin mükafatlarını vermək üçün millət vəkili Qənirə Paşayeva, Beynəlxalq Avrasiya Fondunun direktoru Ümid Mirzəyev, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev, Yazıçılar İttifaqının katibi İlqar Fəhmi, Təhsil Nazirliyinin əməkdaşı Namiq Nağıyev və digər qonaqlar səhnəyə dəvət edildilər. Hər il olduğu kimi bu il də FDO-da qalib gələn şagirdin nəinki özü, həmçinin oxuduğu məktəb və həmin məktəbin direktoruna mükafatlar və hədiyyələr verildi. FDO 7-nin bu ilki qalibləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin X sinif şagirdi Xəlil Ağayev və Sumqayıt şəhər Texniki və Təbiət elmləri təmayüllü liseyin X sinif şagirdi Hidayət Ələkbərli oldu. Şagirdimizə plaketini və hədiyyələrini millət vəkili Qənirə Paşayeva təqdim etdi.
Tədbirin sonunda Kompleksimizin icraçı direktoru Bəhruz Mehdiyev Olimpiada ilə bağlı öz arzularını və sevinclərini bölüşdü.
Xatırladaq ki, Hədəf Nəşrləri, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Universitetinin təşkilatçılığı ilə keçiriən olimpiada ötən illərlə müqayisədə daha çox iştirakçı kontingenti ilə yadda qalıb.
10-cu sinif şagirdimiz Xəlil, səninlə fəxr edirik!
(Fənlərin Dostluğu Olimpiadasının 1-ci yer üzrə qalibi)
Kateqoriya: Nailiyyətlərimiz , Beynəlxalq uğurlarımız