Gənclər və İdman Nazirliyinin dəstəyilə riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı, iki mindən çox gəncin iştirak etdiyi məktəblilər arasında “İstedadların hazırlığı laboratoriyası” IV Respublika Olimpiadasının final turunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin Olimpiadanın final turunda iştirak edən 5 şagirdindən 2-i X sinifdə təhsil alan 5 şagirdimiz – Rəşad Məmmədli və Məryəm Allahverənova gümüş medalla təltif edilib.
Şagirdlərimizi, onların valideynlərini və müəllimlərimizi bu uğur münasibətilə ürəkdən təbrik edirik.
Kateqoriya: Nailiyyətlərimiz , Beynəlxalq uğurlarımız