21 may 2017-ci il tarixində Biləsuvar Təhsil Kompleksində 2017/2018-ci tədris ilində V, VI və VII siniflərdə təhsil alacaq şagirdlər üçün qəbul imtahanı keçirilmişdir. İmtahan prosesində Biləsuvar, Cəlilabad, Lənkəran, Salyan, Saatlı, Neftçala rayonlarından ümumilikdə 372 nəfər şagird iştirak etmişdir. Proses çox uğurla yekunlaşmış və hər hansı narahatçılıq müşahidə edilməmişdir.
Qeyd edək ki, qəbul imtahanlarının nəticəsi gün ərzində elan ediləcəkdir!


Kateqoriya: Elanlar , Şagird qəbulu