Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində “Bilik Günü” qeyd edildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və dövlət bayrağının qaldırılması mərasimi ilə başladı. Sonra söz təhsil kompleksinin direktoru Behruz Mehdiyevə verildi. Bəhruz müəllim şagirdləri, müəllimləri və qonaqları salamladı, onları yeni tədris ilinin başlaması münasibətilə təbrik etdi. Ötən tədris ilində əldə edilən nailiyyətlər barədə danışan direktor qazanılan uğurların cari tədris ilində də davam etdiriləcəyindən əminliyini vurğuladı. O, həm də, bu günün təhsil kompleksi üçün digər bir əlamətdar tərəfinin də burada yeni – ibtidai siniflərin qurulmasını qeyd etdi və bütün şagirdlərə uğurlar arzuladı.
Daha sonra söz Mərkəzi Bankın nümayəndəsi Rövşən müəllimə verildi. Tədbir iştirakçılarını salamlayan Rövşən müəllim Mərkəzi Bankın rəhbərliyinin təbriklərini çatdırdı. Təhsil Kompleksində yaradılan şəraitin şagirdlərin daha keyfiyyətli tədris şəraiti ilə təmin edilməsi və onların sabaha hazır intellektuallar kimi yetişməsini hədəflədiyini qeyd edən çıxşıçı bu yolda şagirdlərə və müəllimlərə uğurlar arzuladı.
Son olaraq söz təhsil kompleksimizin müəllimi Akif Zeynalova verildi. Akifmüəllim çıxışında qey etdi ki, yeni tədril ili həm də yeni biliklər, yeni üfüqlər deməkdir. O, şagirdlərdən tədris imkanlardan səmərəli istifadə etmələrinin və öz biliklərini artırmaları üçün müəllimlərin onlara verdiyi tapşırıqları vaxtında və dəqiq yerinə yetirmələrinin əhəmiyyətini vurğuladı.
Tədbirin bədii hissəsində ibtidai siniflərin ifasında xor və şeir parçaları səsləndi, vals nömrəsi nümayiş etdirildi. Yuxarı sinif şagirdlərinin ifasında səslənən musiqi və şeirlər də alqışlarla qarşılandı.
Sonda “Bilik Günü”nün rəmzi olan ilk zəng çalındı.


Kateqoriya: Tədbirlər