31 yanvar 2016-cı il tarixində Kompleksimizdə “Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası”nın (WAGGGS) üzvləri “Mübarizlər” Skaut Qrupunun üzvləri ilə görüşdülər. İlk öncə qonaqlara Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Lisey-Məktəb Kompleksi haqqında geniş məlumat verildi. Daha sonra gənc skaut liderlərin bələdçiliyi ilə qonaqlara məktəb gəzintisi təqdim olundu, skautların Biləsuvar rayonunda və regionda fəaliyyətləri haqqında geniş təqdimat nümayiş edildi. görüş zamanı qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırdı. Görüşün sonunda Liseyin həyətində simvolik olaraq meyvə ağacı əkildii.


Kateqoriya: Skauting