29 yanvar 2016-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Biləsuvar rayonunda vətəndaşlarla görüş keçirdi. Görüşdən sonra Kompleksimizə səfər edən Məleykə Abbaszadə burada şagird və müəllimlərə yaradılan şəraitlə yaxından tanış oldu, sinif otaqlarını, kitabxana və idman zalını gəzdi. Kompleksin təhsil şöbəsinin müdiri Aftandil Quliyev müəssisənin qurulmasından bu günədək əldə edilən nailiyyətlər haqda məlumat verdi, tədris və təlimin ən yüksək səviyyədə aparılması üçün bütün şəraitin yaradıldığını bildirdi. TQDK-nın sədri Məleykə Abbaszadə Kompleksin uğurlarını izlədiyini bildirdi, həmçinin o, ötən ilin ali məktəblərə qəbul imtahanında məzunlarının göstəriciləri üzrə Respublikanın ən yaxşı ümumtəhsil müəssisəsi olduğuna görə Kompleksin bütün heyətini təbrik etdi, yeni uğurlar arzuladı.


Kateqoriya: Qonaqlarımız