Bir zaman üstündən qara yel əsdi,
Yel qarı sovurdu,qar yolu kəsdi.
Ağlatmaq vaxtıdır,ağlama bəsdi
Son qoy dərdə,qəmə,naləyə,aha-
Ağlama Xocalım,ağlama daha.

Od saçır bu odlar yurdumuz bizim,
Dünyanı isidir odumuz bizim,
Elə bir gücdədir ordumuz bizim,
Bu döyüş düşmənə gələcək baha-
Ağlama Xocalım,ağlama daha.

Xocalı qətliamı qan yaddaşımızdan silinməyəcək!



Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat