Olimpiadalar şagirdlərin şəxsi xüsusiyyətlərinin inkişafına təsir göstərə biləcək bir təhsil fəaliyyət növlərindən biridir. Məktəb Olimpiadaları ilk dəfə 19-cu əsrin sonlarında Rumıniyada və Macarıstanda keçirilməyə başlanıb. Məqsəd, şagirdlərin fənnə olan marağını artırmaq, istedadlı şagird üçün motivasiya alacaq bir mühit yaratmaq idi. Riyaziyyat fənni üzrə olimpiadalar uşaqların maraq və fənnə olan sevgisini artırır, onları orijinal şəkildə düşünməyə, çətin həyat şəraitində doğru qərarlar qəbul etməyi öyrədir. Bu gün müəssəmizdə 3-cü sinif şagirdləri arasında riyaziyyat fənni üzrə Olimpiada keçirildi. Verilən suallar çətinlik dərəcəsinə görə üç bloka bölünmüşdü. Yarışa məntiqi düşünmə inkişafına yönəldilmiş tapşırıqlar da daxil idi. Bəli, Olimpiada bacarıqlı uşaqların intellektual inkişafına kömək edir. Şagirdlər iştirakları ilə yanaşı özləri də yarışı qiymətləndirdilər. Tapşırıqlardakı sualların qiymətləndirilməsi cavabların düzgünlüyünə, tamlığına və aydınlığına əsaslandı.
Kateqoriya: Olimpiadalar , İntellektual oyunlar , Xəbərlər , MIT-tadbirlar