Kompleksin Sosial iş və Tyutor fəaliyyəti qrupunun təşkilatçılığı ilə həftəsonu 6-cı sinif şagirdlərinin mədəni istirahəti təşkil olundu. Şagirdlərimiz əvvəlcə Azərbaycan Xalça Muzeyində və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda ekskursiyada oldular. Onlar Xalça muzeyində olarkən, nümunəvi davranışları, xalçaçı qadınlara verdikləri maraqlı suallarla, eksponatlara qarşı göstərdikləri maraqla xüsusi diqqət cəlb etdilər. Hətta muzey rəhbərliyi şagirdlərimizlə yaxından tanış oldu və Kompleks rəhbərliyinə təşəkkür etdi.
Şagirdlərimiz Miniatür kitab muzeyində ekskursiyda olarkən muzeyin təsisçisi və rəhbəri, dünya şöhrətli rəssam Tahir Salahovun bacısı, Azərbaycanın görkəmli ictimai xadimi Zərifə Salahova ilə də görüşüblər.
“Fəlakət və insan” tamaşasını xüsusi olaraq, bizim şagirdlərimiz üçün təşkil etdikərinə görə və bizi hörmətlə qarşıladıqlarına görə Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı heyəti, xüsusən də direktoru, Azərbaycanın əməkdar artisti Elman Rəfiyevə dərin təşəkkürlərimizi bildiririk!
Kateqoriya: Dərnəklər