Bu gün Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının əməkdaşları Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində oldular.
Kafedra əməkdaşları Kompleks rəhbərliyi ilə görüşdülər, iki təhsil müəssisəsi arasında imzalanan qarşılıqlı memoranduma əsasən birgə fəaliyyət çərçivəsində liseydə psixoloji təlimlərin təşkil olunması barədə söhbət apardılar.
Daha sonra psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyev “Şagirdlərdə təlim motivasiyası: növləri və xüsusiyyətləri”, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin Azərbaycan üzrə idarə heyətinin vitse-prezidenti, baş müəllim Könül Haqverdiyeva “Yeniyetmələrin fərdi-psixoloji inkişafı ilə bağlı psixoloji maarifləndirmə” mövzusunda şagird, valideyn və müəllimlərlə görüş keçirdilər. Valideyn və müəllimləri maraqlandıran sualları cavablandırdılar.
#BiləsuvarMübarizTəhsilKompleksi
Kateqoriya: Xəbərlər