Kompleksin fəaliyyətinin 7- ci ilinin tamam olması münasibətilə tədbir keçirildi. Tədbir zamanı şagirdlər tərəfindən müxtəlif məzmunlu nömrələr nümayiş olundu. Onların içində ən maraqlısı kompleksin 7 illik fəaliyyətini özündə əks etdirən kompozisiya oldu. Tədbir kompleksin ilk məzunlarından olan, həmçinin, hal-hazırda kompleksdə çalışan Aydan Əliyevanın çıxışı ilə başa çatdı. Ümumilikdə tədbir hər kəsə nostalji hisslər bəxş edərək, xoş abu-hava yaratdı.

 


Kateqoriya: Kompleksdə Həyat , Tədbirlər