Kompleksimizin 9-cu sinif şagirdləri, bir qrup müəllim heyəti ilə birgə Şəki şəhərinə təşkil olunmuş ekskursiyada iştirak ediblər. Belə ki onlar Şəki xan sarayına, R. Əfəndiyev adına Dövlət Diyarşünaslıq muzeyinə, Karvansaraya, Alban kilsəsinə, “Gələrsən, görərsən” qalasına və Şəki şəhərindəki bəzi uşaq əyləncə mərkəzlərinə gediblər. Onlar həmçinin Qəbələ Dövlət Tarixi Bədii qoruğuna və qoruq yaxınlığında yerləşən Qəbələ Arxeoloji mərkəzinə də gediblər. Sonda isə mərkəzdəki Xatirə kitabına Liseyimizin adından ürək sözlərini yazmağı da unutmayıblar.


Kateqoriya: Kompleksdə Həyat , Tədbirlər