Kompleksimizin şagirdləri 26-28 mart 2018-ci il tarixində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarına təşkil olunmuş ekskursiyada iştirak ediblər. Onlar Biləsuvar rayonunun fəal məktəbliləri ilə birgə bu rayonların tarixi və görməli yerləri ilə tanış olaraq, bir çox tarixi və mədəniyyət obyektlərini ziyarət ediblər. Kompleks şagirdlərinin üstünlük təşkil etdiyi komanda şagirdlər arasında təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyununda I yerə layiq görülərək kubok, medal və diplomlarla təltif olundu. Bu münasibətlə şagirdlərimizi bir daha təbrik edir, onlara uğurlarının davamını arzulayırıq!


Kateqoriya: İntellektual oyunlar , Xəbərlər , Tədbirlər