Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi hər tədris ilində pedaqoji heyətin inkişafı istiqamətində bir sıra silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərin əsas məqsədi müəllimlərin peşəkar inkişafının qiymətləndirilməsi və onların müvafiq istiqamətdə təkmilləşdirilməsinə dəstək göstərilməsidir. Bu yanaşma isə öz növbəsində şagird nailiyyətlərinin yüksəldilməsinə və təhsilin keyfiyyətinə müsbət təsir etmiş olur. Bu məqsədlə bu gün Təhsil Kompleksimizdə 50 nəfərdən ibarət pedaqoji və inzibati heyətin attestasiyası həyata keçirildi. Təhsil Kompleksimizin əməkdaşlarının attestasiya, sertifikatlaşdırma və kateqoriyalaşdırma prosesinin məqsədi onların bilik səviyyəsi, ixtisas, peşə hazırlığı və səriştələrinin qiymətləndirilməsi, peşəkar və fərdi inkişaf hədəflərinin təyin edilməsi, cari təlim ehtiyaclarının müəyyənləşdirilməsi, əməkdaşların yeni hazırlanmış kateqoriyalaşdırma sistemində vəzifələr üzrə müvafiq pillələrdə yerləşdirilməsinin təmin edilməsi və peşəkar fəaliyyətlərinin stimullaşdırılmasıdır.


Kateqoriya: Müəllim uğurları