Ürəyi şimşək tək odlayıb keçir,
Yaxın bir sevginin uzaq nidası.
Doğma qəlbimizdən adlayıb keçir,
Ayri sahillərin eyni dalğası.
Birgə hər ilimizə bir ümman dedik,
İndi ayrı salır bu illər bizi?
Bir az tələssəydik, ya geciksəydik
Bəlkə ayırmazdı sahillər bizi!

 


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Tədbirlər