Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi musiqi müəllimi vəzifəsinə vakansiya elan edir. Şagirdlərimizin  musiqi bacarıqlarını  inkişaf etdirmək üçün motivasiyalı, peşəkar, istedadlı və dinamik kadr axtarışındayıq.

NAMİZƏDƏ TƏLƏBLƏR

  • Ali təhsil; 
  • 22-35 yaş;
  • Dərs zamanı siniflərdə müasir təhsil və elektron avadanlıqlardan istifadə bacarığı; 
  • Pianoda sərbəst ifa bacarığı (digər musiqi alətlərində də ifa  bacarığı müsbət qiymətləndiriləcək);
  • Xor fəaliyyətinin təşkili;
  • Demokrat, tolerant, səmimi , habelə müsbət enerjiyə malik olmaq; 
  • Şagird və valideynlərlə, Kompleksin rəhbər, pedaqoji və yardımçı personalı ilə səmərəli ünsiyyətin qurulması sahəsində yüksək səriştəlilik nümayiş etdirmək.

ÖHDƏLİKLƏR

  • Sosial fəaliyyət qrupu ilə yaxından əməkdaşlıq edərək, Kompleksdə keçirilən bütün tədbirlərdə müvafiq musiqi nömrələri hazırlamalı;
  • Şagirdlərlə musiqi alətlərində ifa, xor və vokal səs  bacarıqlarının inkişafı üzrə dərslər aparmalı; 
  • Tədris intizamına riayət edilməsini təmin etməli;

Qəbul prossesi müsahibə yolu ilə aparılacaq. Maraqlanan namizədlərin 050-852-53-56 nömrəsi ilə əlaqə saxlayaraq, Biləsuvar Təhsil Kompleksinə yaxınlaşmaları xahiş olunur.


Kateqoriya: Xəbərlər , Elanlar , Vakansiyalar