2014-cü ildən başlayaraq  Azərbaycanın Milli Qəhrəmanı M. İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə  rəhbərlik edən Bəhruz Mehdiyev  yeni yaradılmış Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin edilməsi səbəbi ilə Kompleksimizdən ayrılmışdır. 8 il ərzində rəhbərlik etdiyi Biləsuvar Təhsil Kompleksində böyük uğurlara müəlliflik edən Bəhruz müəllim eyni zamanda çiyin-çiyinə çalışdığı əməkdaşlarının  dərin hörmətini qazanmışdır. Kompleksə rəhbərlik etdiyi dövrdə  ciddi, innovativ islahatları ilə müəssisənin ümumi inkişafına təkan vermişdir. Azərbaycan təhsilinə böyük töhvələr verəcəyinə əminliyimizi bildirərək Bəhruz müəllimə Biləsuvar Təhsil Kompleksi olaraq yeni fəaliyyətində uğurlar arzulayırıq.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat