Türkiyənin İstanbul şəhərindəki İbn Haldun Universitetində baş tutan, 16 ölkəni təmsil edən 300 müəllimin iştirak etdiyi  III Beynəlxalq STEM Müəllimlər konfransında Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdi Əminə Babanlı açılış mərasimində iştirak edərək pianoda kalssik əsərləri ifa etməklə qonaqlardan böyük alqış topladı. Sonra isə konfransın “Time show” hissəsində “3D dizaynı necə hazırlanır?” mövzusunda göstərisini və 3D qələmi ilə çalışmalarını təqdim etdi. Öz çıxışı ilə böyük maraq doğuraraq Portuqaliya, İspaniya və Türkiyədən qatılan müəllimlər tərəfindən öz layihələrinə qatılmağa dəvət alan Əminə Kompleksimizi layiqincə təmsil etdi və sertifikatla təltif olundu. Bu uğuruna görə Əminə Babanlını təbrik edir, uğurlarının davamını diləyirik. Bundan əlavə layihənin rəhbəri, Kompleksin STEM mütəxəssisi Elgün Qurbanlıya şagirdimizə göstərdiyi dəstəyə görə təşəkkürümüzü bildiririk.


Kateqoriya: Xəbərlər , Nailiyyətlərimiz , Beynəlxalq uğurlarımız , Kompleksdə Həyat , Layihələr