Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi tyutor vəzifəsi üzrə vakansiya elan edir!
Namizədə tələblər:
Ali təhsil;
Şagirdlərin akademik maraqlarını qoruyub və müdafiə edilməsi;
Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatların və sənədlərin şagirdlərə təqdim edilməsi;
Şagirdlərin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər verilməsi;
İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələrin təşkil edilməsi;
İllik fəaliyyət planına əsasən cari tədris ili müddətində valideynlərlə görüşlərin təşkil edilməsi, mütamadi olaraq valideynlərə şagirdlərin təlim-tərbiyə və akademik nəticələri barəsində məlumat verilməsi;
Şagird-müəllim münasibətlərinin düzgün qurulması;
İllik tədbirlər planına əsasən Sosial fəaliyyət qrupu ilə bərabər çalışması;
Müəllim-şagird-valideyn əlaqəsini təmin etməsi;
Qrupla işləmə bacarığına sahib olması.
Qeyd. Vakansiya üzrə yalnız psixoloq xanım namizədlərin müraciət etməsi arzuolunandır.
Kateqoriya: Xəbərlər , Elanlar , Vakansiyalar , Kompleksdə Həyat