MƏZUNUMUZU TANIYAQ!
Yeganə Bayramova – 2010/2014-ci illərdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində təhsil almışdır.
2014-cü ildə 647 balla Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə qəbul olmuşdur.
2021-ci ildə Respublika Diaqnostika Mərkəzi Böyrək xəstəlikləri və Transplatologiya şöbəsində rezident həkim kimi fəaliyyətə başlayıb.
Yeganə Bayramova 2023-cü ildə İzmir Ege Universiteti xəstəxanasında “Nefroloji ana bilim dalı” üzrə ixtisas artırma kursunda olmuşdur.
2022-ci ildən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasının Nefrologiya şöbəsində rezident həkim kimi fəaliyyət göstərir .
Kateqoriya: Xəbərlər