Fərid Rüstəmzadə
2014-cü ildə 682 balla ADA Universitetinə daxil olmuş və prezident təqaüdü qazanmışdır.
2017-ci ildə Macarıstan Dövlət təqaüdünü qazanaraq təhsilini Korvinus Universitetində Tətbiqi İqtisadiyyat ixtisası üzrə davam etmiş və 4.5/5 GPA ilə məzun olmuşdur.
2017-2021-ci illər ərzində Macarıstanda General Electric kimi beynəlxalq şirkətlərdə və Macar Tələbələri Milli Birliyi kimi təşkilatlarda çalışmışdır.
2021-ci ildən Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun (ILRA) həmtəsisçisi və direktorudur. ILRA bu müddət ərzində ABŞ Səfirliyi və Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində 1500-dən çox vətəndaşa ödənişsiz hüquqi yardım göstərmişdir. O, həmçinin, “EOS Academy” təşkilatı və Azərbaycan Tələbə İcmaları Assosasiyası (ASSA)-nın təsisçisidir.
2021-ci ildən bəri Azərbaycan Gənc Müəllimlər Assosasiyasında idarə heyətinin üzvü və beynəlxalq lahiyələr üzrə menecer kimi çalışır. Fəaliyyəti müddətində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsildə innovasiyaların tətbiqi sahəsində həyata keçirilən 10-a yaxın lahiyənin müəllifi və icraçısı olmuş, Phet Simulations Platform, LabxChange, Code.org kimi beynəlxalq təhsil platformalarının Azərbaycanda tətbiqinə nail olmuşdur.
2021-ci ildən bəri Landau məktəbində (İngilis sektoru) İqtiadiyyat müəllimi kimi fəaliyyət göstərir.
2023-cü ildə ABŞ dövlətinin qabaqcıl peşəkar mübadilə proqramı olan Beynəlxalq Ziyarətçi Liderlər Proqramına (IVLP) dəvət edilmişdir. Proqram çərçivəsində ABŞ-a səyahət etmiş və bir sıra peşəkar görüşlərdə iştirak etmişdir.
Kateqoriya: Xəbərlər