Biləsuvar rayonu və Dənizli Çameli ilçəsinin birgə “Qardaş şəhər” layihəsi çərçivəsində Çameli Bələdiyyəsi başçısının dəstəyi ilə Türkiyəyə səfər edən Biləsuvar Təhsil Kompleksinin rəhbərliyi, əməkdaşları və bir qrup şagirdi Çameli Bələdiyyə başçısı Cengiz Arslanla görüşüb.
Görüşdə “Qardaş şəhər” layihəsindən və yaxın dostluq əlaqələrindən danışılıb.
Sonra Şəhid Ər Əli Aykol adına parkda ağacəkmə mərasimi baş tutub.
Daha sonra Hayrı Dev Kültür mərkəzində şahmat yarışı keçrilib.
Həmin kültür evinde Çinin qalabraın hazırlanması və əl işləri hazırlanması fəaliyyəti keçrilib, əməkdaşlarımız və şagirdlərimiz maraqlı əl işləri hazırlayıblar.
#BiləsuvarMübarizTəhsilKompleksi
Kateqoriya: Xəbərlər