Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində şagirdlərə və əməkdaşlarımıza gün ərzində iki dəfə (səhər 4 çeşid və nahar 8 çeşid) milli və avropa mətbəxinin ləziz təamları tenderlə seçilmiş Keytering şirkəti tərəfindən təqdim edilir. Yeməklərin gigiyenik və şagirdlərin ağız dadına uyğun olması üçün mətbəximizdə çalışan professional aşbaz və işçi heyəti hər gün öz işlərinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bundan əlavə olaraq şagirdlərimizə çay, meyvə və desert olaraq şirniyyat təqdim olunur.