🎓Orxan Xankişiyev Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksini 2015-ci ildə bitirib👨‍🎓. 677 bal toplayaraq liseyin sinif birincisi olmaqla Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub. Kompleksdə təhsil aldığı müddətdə əldə etdiyi Fizika və Riyaziyyat üzrə fundamental biliklər və ingilis dili bacarıqları sayəsində universitetdə bir çox uğurlar əldə edib.

Eyni zamanda, sosial fəaliyyətlərinə də davam edərək bir neçə tələbə təşkilatlarına liderlik edib.

Ali məktəbi bitirdikdən sonra, iki il ərzində SOCAR AQŞ şirkətində dəniz geoloqu olaraq çalışıb, neft quyularının qazılması üzrə təcrübə əldə edib.

2022-ci ildə Orxan tam təqaüdlə Amerikanın Oklahoma universitetində Neft-qaz mühəndisliyi üzrə magistratura təhsilini davam etdirmək üçün qəbul alıb. O, iki il ərzində dayanıqlı enerji mənbələri, xüsusilə də, geotermal enerji mövzusunda bir neçə elmi tədqiqat aparıb və məqalələr çap etdirib. Orxan geotermal quyularının qazılma sürətini və səmərəliliyini artırmaq üçün yeni qazma qurğusu inşa edərək bir sıra təcrübələr aparıb.

Elmi və sosial fəaliyyətləri ilə seçildiyi üçün, Oklahoma Universitetinin Neft-qaz mühəndisliyi şöbəsi tərəfindən “İlin ən aktiv magistratura tələbəsi” mükafatını qazanıb.👏👏👏👏👏👏👏 O, hazırda eyni universitetdə doktorantura təhsilini davam etdirir və geotermal quyuların istismarı mövzusunda tədqiqat proyekti üzərində çalışır.

Orxan Xankişiyev: “ Bu günə qədər əldə etdiyim bütün nailiyyətlərə görə Biləsuvar Təhsil Kompleksinin müəllim heyətinə daima minnətdaram, çünki dayanıqlı bünövrəni onların əvəzolunmaz köməyi nəticəsində əldə etmişəm.”

Məzunumuza gələcək təhsil və kariyera həyatında uğurlar arzulayırıq.✨✨✨

#BiləsuvarMübarizTəhsilKompleksi


Kateqoriya: Xəbərlər