Azərbaycan Prezidentinin uğurla həyata keçirdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri regionların sosial-iqtisadi inkişafıdır. 07 Aprel 2014- cü il tarixli 96 saylı sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksi üçün M.A.İbrahimov küçəsində ayrılmış 0.50 ha torpaq sahəsində 3170m sahəsi olan Uşaq bağçası tikilmişdir.  Azərbaycan Mərkəzi Bankı da bu siyasətin reallaşmasına öz missiyası çərçivəsində üzərinə düşən vəzifələrlə yanaşı, sosial layihələrin də həyata keçirilməsi ilə dəstək verir. Belə sosial layihələrdən biri uğurla fəaliyyət göstərən Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksidir. Bu kimi layihələrin davamı olaraq Mərkəzi Bankın birbaşa dəstəyi ilə həmin liseyin nəzdində 2015-ci ildə uşaq bağçası  istifadəyə verilmişdir.