Bayraq hər bir ölkənin vətəndaşı üçün müqəddəsdir. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il 9 noyabr Dövlət Bayrağı Günü qeyd olunur. Bu gün Kompleksimizin müəllim və şagird heyəti Bayraq Gününə həsr olunmuş tədbir keçirtdi. Təhsil ocağının hazırladığı bu ədəbi-bədii tədbir çox gözəl alındı.
Kateqoriya: Xəbərlər , MIT-tadbirlar