31 oktyabr 2019-cu il tarixində Mərkəzi Bank və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey təhsil kompleksində “Beynəlxalq Əmanət Günü”nə həsr olunmuş tədbir təşkil olunmuşdur. Tədbirdə ümumilkdə 700-ə yaxın müəllim, məktəb və məktəbəqədər şagirdlər iştirak etmişdilər.
Keçirilmiş tədbir zamanı təhsil kompleksinin şagirdlərinə “Yığım” mövzusunda seminar keçirilmiş, bizimpullar.az portalındakı “Əmanət nədir?” mövzusunda maarifləndirici animasiyası nümayiş etdirilmiş, öyrədici informasiya xarakterli materiallar paylanılmışdır.
Mərkəzi Bankın təşəbbüsü ilə gələcəkdə də Bakı şəhəri və müxtəlif regionlarda əhalinin maliyyə savadlığının artırılmasına yönəlmiş davamlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Kateqoriya: Xəbərlər , Elanlar