“Beynəlxalq Müəllimlər Günü” münasibətilə 5 oktyabr 2021-ci il tarixdə Biləsuvar rayonunda tədbir keçirildi. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin rəisi Nağı Cəfərov, Kompleksimizin icraçı direktoru Bəhruz Mehdiyev, eləcə də digər məktəb direktorları, təhsil işçiləri və müəllimlər iştirak etdi. Tədbirdə çıxış edən Bəhruz Mehdiyev ölkəmizdə təhsil sahəsində görülən işlərdən, müəllim əməyinə verilən yüksək qiymətdən və müəllimlərin qazandığı uğurlardan danışdı. Sonda  təhsildə fərqləndiklərinə görə bir qrup müəllimə, həmçinin Kompleksimizin dəyərli riyaziyyat müəllimi Gözəl Məhərrəmova, ingilis dili müəllimi Gülarə Şahruqova, kimya müəllimi Gülnarə Dadaşovaya fəxri fərmanlar və  hədiyyələr təqdim olundu.


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Tədbirlər , Müəllim uğurları