[ featured-img ]

Bütün rütbələrdən biliniz fəqət,
Alimlik rütbəsi yüksəkdir əlbət.
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.

Həyatı, baş verən hadisələri öyrənmək, onları düzgün araşdırmaq, çətin vəziyyətdən çıxmaq, vacib olanı düzəltmək, hiyləni başa düşmək, vuruşmağın sirrlərini bilmək, gözəl danışmaq, adamlar arasında sayılıb-seçilmək – bütün bunların yolunu yalnız və yalnız elm göstərməyə qadirdir. Elm ucu-bucağı görünməyən sərhədsiz ümmandır, müdrik insanlar bu ümmandan nə qədər bəhrələnsələr də onun xəzinəsi tükənmir, əksinə elm dəryası daha da dərinləşir.

Biz bütün bunları çox gözəl bildiyimiz üçün biliyə, elmə həsr olunmuş bu gözəl günü bayram olaraq qeyd edirik.
Uğurların bol olsun, günbəgün daha da ucal, hər zaman ən yüksək zirvələrdə ol, yaşa, var ol, Biləsuvar Təhsil Kompleksi! İlk dərs günün uğurlu olsun! 😊


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Tədbirlər