Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəllim və şagirdləri Dənizlidəki Erbakır Fen və Sosial Bilimlər liseylərində olublar.
Təhsil ocaqları ilə tanışlıqdan sonra keçirilən görüşlərdə məktəblər arasında ötən il imzalanmış “Qardaş məktəb” protokoluna əsasən görülən işlər müzakirə olunub.
Aparılan qarşılıqlı fikir mübadilələri zamanı hər üç təhsil ocağının rəhbərliyi qərara alıb ki, məktəblərarası əlaqələri daha da artıraraq şagird və müəllimlər arasında təcrübələrin bölüşdürülməsini təşkil etsinlər, qarşılıqlı elm və təhsil mübadiləsi apararaq, müxtəlif bilik yarışmaları və digər tədbirlər keçirsinlər. Pedaqoji kollektivlərin və şagirdlərin qarşılıqlı səfərlərini artırsınlar.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
#BiləsuvarMübarizTəhsilKompleksi
#ErbakırFenveSosialBilimlerLisesi
Kateqoriya: boş , Xəbərlər