Biləsuvar Gənclər Evinin və “Dünyaya Pəncərə” Biləsuvar Gənclərinin İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənc İntellekt” yazılı məntiqi-intellektual bilik müsabiqəsində iştirak edən Mübariz Təhsil Kompleksinin şagirdləri böyük uğur qazanıblar. Kompleksin şagirdi Nuriyev Səməd ən çox suala düzgün cavab verərək birinci yerin sahibi olub və “Gənc İntellekt” adına, Əliyev Məhəmməd, Əzizalı Sadiq və Cavdov Ümid isə eyni nəticə əldə edərək ikinci yerə layiq görülüblər. Şagirdlərimizi təbrik edir, uğurlarının davamını diləyirik.


Kateqoriya: İntellektual oyunlar , Xəbərlər , Nailiyyətlərimiz , Kompleksdə Həyat