Kompleksimizdə “Gənc velosipedçilər federasiyası”nın təşkilatçılığı, Biləsuvar Gənclər və idman idarəsinin dəstəyi ilə “Sağlam həyat tərzi. Velosiped idmanında gender bərabərliyi” adlı interaktiv təqdimat keçirildi. Görüşdə təlimçi Ağaəhməd Göyüşov, “Gənc velosipedçilər ictimai birliyi”nin sədri Nur Axundova, Respublika Velotrekində velosiped idmanının trek növü üzrə 2 qat ölkə çempionu 16 yaşlı Ayan Xankişiyeva, “İsmayıllı Velosiped Dostları qrupu”nun rəhbəri Əli İmamverdiyev iştirak etdi.


Kateqoriya: Qonaqlarımız