Сəmiyyətimizin informasiya cəmiyyətinə doğru sürətlə irəliləməsi və “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya – kommunikasiya texnologiyaları ilə təminatı” Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın demək olar ki, bütün ümumtəhsil məktəbləri kompüterlə təhciz edilmişdir və məktəblərdə informatika otaqları təşkil olunmuşdur. Bu otaqların olması şagirdlərin İKT-yə marağını daha da artırır, kompüterlərin mövcudluğu isə bilikləri praktiki dərslərdə bacarıqlara çevirməyə kömək edir. İnformatika kabinetində (lokal şəbəkəsi olan kompüter siniflərində) tədrisi daha effektiv, faydalı və zəngin etmək üçün stend, plakat və digər əyani vəsaitlərlə yanaşı kompüterlərdə uyğun proqram təminatı da olmalıdır. Kompleksimizdə fasiləsiz internet təminatı mövcuddur. Bundan əlavə, liseydə informatika tədrisi yüksək səviyyədə təşkil olunmuşdur. İnformatika otağı bu fənnin tədrisi üçün geniş imkanlar yaradır. Dərs prosesində “İG board” ağıllı lövhəsinin imkanlarından istifadə edilir. Habelə “Mimio vote” səsvermə qurğusunun tədrisdə tətbiqi təlim prosesini daha maraqlı və çevik edir. Şagirdlər burada informasiya-kommunikasiya texnologiyaları sahəsində qazandıqları bilikləri təcrübədə tətbiq edir və praktik bacarıqlara yiyələnirlər.