Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc Müəllimlər” Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsində Kompleksimizin kimya kafedrasının rəhbəri Rəvan Məmmədov ilk əlliliyə düşən müəllimlər sırasındadır. Qeyd edək ki, beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarına əsaslanan müsabiqə 3 turda həyata keçiriləcək. Müsabiqənin məqsədi ilin ən yaxşı gənc müəllimini seçmək, tanıtmaq və mükafatlandırmaqdır. Rəvan müəllimə növbəti turlarda uğurlar arzulayırıq!
Kateqoriya: Xəbərlər , Nailiyyətlərimiz , Kompleksdə Həyat , Müəllim uğurları