“ƏN YAXŞI ONLUQ”

Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc Müəllimlər” Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi” müsabiqəsində ” ƏN YAXŞI ONLUQ” müəyyən edildi və Kompleksimizin kimya kafedrasının rəhbəri Rəvan Məmmədov da artıq bu onluqdadır. Beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarına əsaslanan  müsabiqə 3 turda həyata keçiriləcək. Müsabiqənin məqsədi ilin ən yaxşı gənc müəllimini seçmək, tanıtmaq və mükafatlandırmaqdır. Qeyd edək ki, TOP-10-luq AzEdu.az Təhsil Portalında səsverməyə çıxarılacaq. Səsvermə 23 may saat 00:00-dək etibarlıdır. Səsvermədə iştirak edərək Rəvan müəllimə dəstək olaq!

https://azedu.az/az/news/43496-ilin-genc-muellimi-2021-musabiqesinde-en-yaxsi-onluq-melum-oldu-siyahi


Kateqoriya: Xəbərlər , Nailiyyətlərimiz , Kompleksdə Həyat , Müəllim uğurları