Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc Müəllimlər” Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi-2021”  müsabiqəsində Kompleksimizin kimya kafedrasının rəhbəri Rəvan Məmmədov  ilk üçlüyə daxil olmaqla qaliblər sırasına adını yazdırdı. Əlavə olaraq qeyd edək ki, Rəvan müəllim  2014- cü ildə cənab Prezidentin sərəncamı ilə ölkədə keçirilən “Ən Yaxşı Müəllim” müsabiqəsinin də qalibi olmuşdur. Kompleksimiz adından Rəvan müəllimi təbrik edir, uğurlarının davamını diləyirik!

 


Kateqoriya: Xəbərlər , Nailiyyətlərimiz , Kompleksdə Həyat , Müəllim uğurları