Ümumi sahəsi 1,3 hektar olan təhsil kompleksində müasir işıqlandırma, havalandırma, isitmə- soyutma sistəmləri, sutəmizləyici qurğular quraşdırılmışdır. Kompleksdə 28 sinif otağı ( müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, komputer zalı ) , idman və rəqs zalları mövcuddur.
Kompleksdə həmçinin müasir standartlara cavab verən internet şəbəkəsi ilə təchiz edilmiş kitabxana da fəaliyyət göstərir.
Kompleksin özəlliyi burada təhsilin tədqiqat – təcrübə əsaslı olmasıdır. Şagirdlərin müstəqil öyrənməsini , müəllimlərin peşəkar inkişafını təmin etmək məqsədilə müəssisədə beynəlxalq standartlara cavab verən informasiya və kommunikasiya texnologiyaları infrastrukturu , habelə elektron siniflər mövcuddur. Bununla yanaşı , Kompleksdə şagirdlər üçün mütəmadi olaraq yeni tədris imkanları və sosial fəaliyyət yaradılır. İngilis dilinin tədrisi səviyyələr üzrə həyata keçirilir, şagirdlərin maraqlarına uyğun yenilənən və ən müxtəlif sahələri əhatə edən “İntellektual oyunlar “, “110 kitab”, “Şahmat”, “Gənc İstedadlar klubu”, Dünyanı tanıyaq “, “ Gitara “, “ Xor” və s. Adlarda klub və dərnəklər təşkil olunur.
Məzunların universitetlərə qəbulu istiqamətində də liseyin çox böyük uğurları vardır.