Azərbaycan Republikasının Gənclər və İdman Nazirliyinin və “Fibonacci Games”-in birgə təşkilatçılığı ilə “Fibonacci” intellektual oyunun regional seçim turu Şirvan şəhərində baş tutub.

Şirvan-Salyan iqtisadi regionu üzrə hər rayondan 2 komanda olmaqla ümumilikdə 10 komandanın iştirakı ilə keçirilən seçim turunda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagird və məzunlarından ibarət “Turan 1” komandası ilk üçlüyə düşərək, 24 dekabr tarixində keçiriləcək respublika finalına vəsiqə qazanıb.👏👏👏👏👏👏👏👏👏👏👏

Komanda üzvlərini təbrik edir, finalda uğurlar arzu edirik!

#BiləsuvarMübarizTəhsilKompleksi

#Gənclərİdman#fibonacci


Kateqoriya: İntellektual oyunlar , Xəbərlər