Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Gülər Paşayeva və İnsan resursları departamentinin direktoru Oksana İsmayılova Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinə işgüzar səfərdə olublar. Səfər çərçivəsində Kompleks rəhbərliyi ilə görüşən qonaqlar liseyin şagirdləri İbişova Zəhra və Eyvazlı Əmirəlinin ingiliscə təqdimatında liseydə fəaliyyət göstərən STEAM mərkəzi ilə tanış olduqdan sonra 11-ci sinif şagirdlərinin Azərbaycan dili kafedrasının rəhbəri Rövşən Adıyevin rəhbərliyi ilə hazırladığı “110 kitab” layihəsinin təqdimatını maraqla qarşılayıblar. Davamında Komplekslə tanış olan qonaqlar lisey daxilində fəaliyyət göstərən mətbəə, Monitorinq və Qiymətləndirmə sektoru ilə tanış olub, fizika və kimya laboratoriyalarında təşkil olunan dərslərə və təcrübələrə baxış keçiriblər. Daha sonra 11-ci sinif şagirdləri ilə çay süfrəsi arxasında söhbət ediblər.
Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Qonaqlarımız