25-27 noyabr 2015-ci il tarixlərində Bakı şəhərində “İstedadların hazırlığı laboratoriyası” çərçivəsində III Respublika Olimpiadasının final və mükafatlandırma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən olimpiadada Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin 7 şagirdindən Məsud Əbilov gümüş medal, Əyyub Əlizadə, Aqşin Kazımlı və Ümid Nəzərli bürünc medal, Məhəmməd Məmmədli, Emin Əliyev və Fail İmanov təşəkkürnamə ilə təltif olunublar. Olimpiadada Bakı, Lənkəran, Sumqayıt, Astara, Biləsuvar, Bərdə, Qax, Qəbələ, digər şəhər və rayonların 14-16 yaşlı məktəbliləri riyaziyyat, fizika və kimya fənləri üzrə yarışıblar. Öncəki 2 ildə olduğu kimi, bu il də layihə iştirakçıları 3 online olimpiada turu vasitəsi ilə müəyyənləşdirilib. Bu il 900 nəfərdən çox (3 il ərzində 6 minədək) gənc online olimpiada turlarında iştirak edib. Onlardan 98 nəfər olimpiadanın 2015-ci il final turuna vəsiqə qazanıb. Final Respublika Olimpiadasının qalibləri üçün sonradan elmi düşərgələrdə beynəlxalq olimpiadalara hazırlıq məşğələlərinin keçirilməsi də nəzərdə tutulur. Şagirdlərimizi və onların müəllimlərini təbrik edirik!

 

 


Kateqoriya: İntellektual oyunlar