Biləsuvar Lisey-Məktəb Kompleksi fəaliyyətə başlayan gündən burada kitabxana sistemi quraşdırılmışdır. Kompleksin kitabxanası bir işçidən ibarətdir. Kitabxananın kompleks şagirdlərinin təhsil almasında, dünyagörüşünün formalaşmasında bir başa rolu əvəzsizdir.  Kompleksin kitabxana fəaliyyəti indiki təhsil sisteminə uyğunlaşdırılmışdır. Beləki şagirdlərin və müəllimlərin istifadəsi üçün kitabxanada hər cür şərait var. Kitabxana dörd  hissədən ibarət olaraq oxucuya və istifadəçilərə xidmət göstərir. Oxucuya xidmət, oxu zalı, kitab fondu,  müzakirə və tədbirlərin keçirilməsi üçün geniş məkan. Kitabxanada 8 ədəd oxucu stolu, 32 ədəd stul və bununla yanaşı böyük dəyirmi stol, 38 ədəd rahat kreslo yerləşdirilmişdir. Kitabxanada kitabların yerləşdirilməsi üçün 28 ədəd yeni və müasir kitab rəflərindən istifadə olunmuşdur. Kompleks kitabxanası tədbirlərin, müzakirələrin, təlim və iclasların keçirilməsi üçün uyğun məkan olduğundan  bütün bunlardan əlavə 40 ədəd stul yerləşdirilmişdir ki, bundan da tədbirlər zamanı tam istifadə olunur.Kitabxanada həmçinin proyektor və lövhəsi vardır. Şagird və müəllimlər bunlardan  lazımlı şəkildə istifadə edirlər.

Kompleks şagirdləri dərs hazırlığı saatlarında və ev tapşırığının hazırlanması saatlarında oxu zalından istifadə edirlər. Kitabxananın tədbirlər keçirilən hissəsində tez- tez tədbirlər təşkil olunur, müzakirələr aparılır, “110 kitab” layihəsi mütəmadi olaraq həyata keçirilir. Kitabxana fondu çox geniş və zəngindir. Kitabxanada dərs kitabları, dərs vəsaitləri, bədii və elmi publisistik ədəbiyyatlar vardır. Hazırda Kompleks kitabxanasında 10325  ədəd dərslik və dərs vəsaitləri, 5218 ədəd elmi- publisistik ədəbiyyat və jurnallar vardır.  Kitabxanada İngilis dilində, Rus dilinə kitablar da öz əksini tapmışdır. Şagirdlərlə yanaşı Kompleks müəllimləri və ümumi Kompleks əməkdaşları boş vaxtlarında kitabxanadan istifadə edirlər. Şagirdlərin dil qabiliyyətinin formalaşması və dünyagörüşünün artırılması məqsədi ilə bədii kitablardan istifadə etmələrinə şərait yaradılır, kitablar oxumaq üçün evə verilir. Kitabxanadan istifadə edən hər bir şagird, müəllim, və əməkdaşlara kitabxana qaydalarına əsasən qeydiyyat kitabçaları açılır. Onların kitabxanada  istifadə etdiklər ədəbiyyatlar qeydə alınır. Biləsuvar Təhsil  Kompleksi fəaliyyət göstərdiyi ilk illərdən bəri 523 oxucuya hər gün və hər tərəfli xidmət göstərmişdir. Sevindirici haldır ki, lisey şagirdləri şagird olduqları müddətdə çoxlu bədii kitablar, dünya ədəbiyyatından seçmə ədəbiyyatlar oxuyur, bu da onların daha dünyagörüşlü və hərtərəfli olmalarına kömək etmiş olur.