XXI əsr günümüzdə texnologiya və kompüter əsri hesab edilir, buna görə də şagirdlər müəyyən kompüter biliklərinə yiyələnməli, onlara proqramlaşdırma bacarıqları aşılanmalıdır. Dünya miqyasında müxtəlif təhsil ocaqlarında bu istiqamətdə təlim və tədbir işləri aparılır, hansı ki ölkəmizdə də bu proseslər geniş vüsət alır. “Kod Saatı” adlanan, şagirdlərin proqramlaşdırmaya motivasiyasını artıran və bu istiqamətdə şagirdlərə ilkin biliklər aşılyan bu tədbir liseyimizin məzunu olan və hal-hazırda ADA Universitetinin tələbəsi Emin Əliyevin təşkilatşılığı ilə kompleksimizdə keçirilmişdir. Şagirdlərə alqoritmik məsələləri həll etmək bacarığı aşılandı və onların sualları cavablandırıldı.
Kateqoriya: Xəbərlər , Elanlar , Kompleksdə Həyat